44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin bir sıra ifadələri aforizmə çevrilərək xalq arasında geniş yayıldı.
“Haber Global” bildirir ki, bunlardan biri də dövlət başçısının “düşməni iti qovan kimi qovuruq” ibarəsi idi.
“Bu kəlmə Azərbaycan əsgərini daha da ruhlandırdı. Hətta yerli müdafiə sənayesi məhsulu olan PUA-lara “İti qovan” adı verildi və bu ad aparatların quyruq hissəsinə həkk olundu.
Ötən gün Qarabağ müharibəsində böyük rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktarın “Twitter”dəki paylaşımı da Ali Baş komandanın sözlərini xatırlatdı”, - deyə “Haber Global”ın süjetində bildirilir.
Qeyd edək ki, S.Bayraktar “Akıncı” PUA-larının quyruq yazısı ilə bağlı təklif verib. O, təklif edib ki, aparatların arxa tərəfində “Ataq dedin, sursat yoxmu dedik” yazısı həkk olunsun.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.