Bu gün, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin doğum günüdür.
Azadmedia.az xəbər verir ki, Naftalanda onun adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Açılış mərasimində Naftalan şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, şəhidin doğmaları, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhid Bəhruz Quliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub, şəhidin məzarı ziyarət edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Quliyev Bəhruz Firuz oğlu 1990-cı il mayın 9-da Naftalan şəhərində anadan olub.
Müddətdən artıq hərbi xidmətdə olan Quliyev Bəhruz ötən il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir, iki qız övladı var. O, ölümündən sonra "Vətən uğrunda", və "Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.