AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda restoranda partlayış baş verib

  • + A
  • - A
  • 14-05-2021, 17:45


    Azadmedia.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər (restoran işçisi) yanıq xəsarətləri alıb.

    Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
    [justify][/justify]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR