AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün kimlər finala keçəcək?

  • + A
  • - A
  • 20-05-2021, 10:23



    Bu gün “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq. Azadmedia.az xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçiriləcək.

    Beynəlxalq müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.

    San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka finala keçmək uğrunda mübarizə aparacaqlar.

    İslandiya təmsilçisi “Daði og Gagnamagnið” qrupunun bir üzvü koronavirusa yoluxduğu üçün ikinci yarımfinalda yer almayacaq, onun məşq görüntüləri efirdə yayımlanacaq.

    Müsabiqə zamanı jüri və SMS səsverməsi nəticəsində 10 nəfər seçilərək finala vəsiqə qazanacaq və mayın 22-də birincilik uğrunda mübarizə aparacaq.

    Artıq birinci yarımfinal nəticələrinin 50%-ni müəyyənləşdirəcək münsif səsverməsi ötən gün yekunlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR