“Sumqayıt Şəhər İcra Hakimiyyətində maliyyə yoxlamaları aparılır. İlkin nəticələrə görə, qurumda ciddi nöqsanlar aşkarlanıb”.
Bu barədə Modern.az-a iqtisadi mənbələr məlumat verib. Məlumatda o da qeyd edilir ki, əslində yoxlamalar Abşeron İcra Hakimiyyətindəki həbslərdən sonra başlayıb.
Və Abşeronda baş verən özbaşnalıqların, xüsusilə də torpaq satışlarının Sumqayıta uzandığı bildirilir.
Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Modern.az-a açıqlamasında məlumatı təsdiqləməyib. O, İcra Hakimiyyətində hər hansı yoxlama aparılmadığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.