AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət paytaxtımızla bağlı fond yaradılır

  • + A
  • - A
  • 21-05-2021, 20:20


    Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət orqanları (qurumları) tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) və ya elektron qaydada təşkil edilir.

    Azadmedia.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində nəzərdə tutulan Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət idarəetməsinin təşkili və Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mexanizmində bildirilib.

    Qeyd olunub ki, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

    Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən xüsusi fond yaradılır.

    Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

    Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR