AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tahir Salahovun cənazəsinin Bakıya gətiriləcəyi tarix AÇIQLANDI

  • + A
  • - A
  • 22-05-2021, 10:05


    “Azərbaycanın Xalq rəssamı Tahir Salahovun cənazəsi Bakıya sabah gətiriləcək”.

    Bu barədə AzadMedia.Az-a açıqlamasında T.Salahovun bacısı Əməkdar incəsənət xadimi Zərifə Salahova deyib.

    O bildirib ki, Xalq rəssamının cənazəsi sabah axşam paytaxtda olacaq.

    Mədəniyyət Nazirliyindən saytımıza bildirilib ki, dünya şöhrətli rəssamın cənazəsi Bakıya gətirildikdən sonra Birinci Fəxri xiyabanda dəfn olunacaq.

    Qeyd edək ki, T.Salahov 92 yaşında vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR