AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan hələ 2019-cu ildə “Hədəfimiz Şuşadır” mesajını vermişdi” - Ayvazyan

  • + A
  • - A
  • 22-05-2021, 10:18


    Tanınmış erməni ictimai fəal Tatev Ayvazyan 2019-cu ilin bu günündə Azərbaycanın hərbi təlimlər keçirərkən Ermənistana hansı mesajlar verdiyini yada salıb.

    Azadmedia.az xəbər verir ki, erməi fəal azərbaycanlıların Qarabağı, xüsusilə də Şuşanı azad etməyə hazırlaşdığı vaxtda Ermənistan rəhbərliyinin lüzumsuz işlərlə məşğul olduğunu deyib.

    “Bu foto illər öncə mayın 22-də hərbi təlimlər sonrası çəkilib. Azərbaycan öz hərbçiləri ilə “Hədəfimiz Şuşadır, bizi gözləyin” mesajını vermişdi. Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirərkən, bizim ölkənin bir nömrəli casusu, dəli və alverçi (baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red) şou göstərirdi. O, "SU" qırıcısı alıb, dövlət hesabına arvadını İtaliyaya aparırdı”,- deyə Ayvazyan bildirib.
    “Azərbaycan hələ 2019-cu ildə “Hədəfimiz Şuşadır” mesajını vermişdi” - Ayvazyan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR