Hər şeydən əvvəl 44 günlük böyük vətən müharibəsində və I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət və qazilərimizə can sağlığı arzu edirik.Ölkəmizin müdrük rəhbəri,Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı,qəhrəman ordumuzun rəşadətli qələbəsi xalqımızın zəfər tarixinə yazılmış bir gün kimi həmişə yadda qalacaq.Hazırda ölkəmiz dinamik inkişaf yolundadır.Bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir.İşğaldan azad olunmuş bölgələrdə quruculuq işləri aparılır.Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı,digər tərəfdən isə müasir dünyada gedən qloballaşma,rəqabət və inteqrasiya prorsesləri Respublikamızın bütün sahələri üzrə yüksək ixtisaslı,dünya əmək bazarında layiqli yer tutan mütəxəssislərin hazırlanmasına tələbat artır.Bütün bunları nəzərə alaraq ölkəmizin rəhbərliyi təhsil sahəsinin inkişafına böyük önəm verir və bildirir ki,mənim üçün hər şeydən əziz mənim xalqımdır,mənim vətənimdir,mənim torpağımdır.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu" qızların təhsillərini davam etdirmələri üçün böyük maddi və mənəvi dəstəkdir.
Millət Vəkili Məşhur Məmmədovun təşkitçılığı ilə "Masallı Təhsil Fondu" bir illik fəaliyyəti müddətində 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərində təhsil alan qızlara 2019/2020-ci təhsil ilində 297 və 2020/2021-ci tədris ilində 250 şagirdlərə ali məktəblərə imtahanlarla əlaqədar komplekt kitablar hədiyyə edilmişdir.
"Masallı Təhsil Fondu" bu tədris ilində rayonun digər 41 məktəblərinədə ali məktəblərə hazırlıqla bağlı kitablar hədiyyə şəklində verilmişdir.Sevindirici haldır ki,ali məktəblərdə təhsil alan 46 nəfər tələbələr üçün,"Masallı Təhsil Fondu" tərəfindən təqaüd və təhsil haqqları ödənilir.Bu işlərin görülməsində "Masallı Təhsil Fondunun" əməkdaşlarının gördüyü işlər xüsusi yer tutur.
Qızların təhsilə göstərdikləri maraq hesabına azyaşlı qızların erkən nigaha girməsinin qarşısı alınır.
2020/2021-ci tədris ilində 70-saylı seçki dairəsinə daxil olan məktəblərin 11-ci siniflərini bitirib Dövlət İmtahan Mərkəzi tərəfindən 23 aprel 2021-ci il tarixdə keçirilən buraxılış imtahanlarında 250 baldan yüksək nəticə göstərən 46 nəfər şagirddən 25 nəfəri, 70-saylı seçki dairəsinə daxil olan məktəblərin şagirdləridir.Həmçinin ilk üç yeri tutan şagirdlərdə bu dairəyə aid olan məktəblərin şagirdləridir.
"Masallı Təhsil Fondu" ümüd edirki müəllim arzusunda olan qızlarımız Təhsil Fondunun köməyindən istifadə etməklə onlar gələcəkdə öz xoşbəxtliklərini tapmış olacaqlar.
"Masallı Təhsil Fondu" 28 May - Respublika günü münasibəti ilə bütün xalqımızı,xeyirxah insanları bir daha ürəkdən təbrik edir.
Ulu Tanrı bütün ölkəmizi qorusun.
"Masallı Təhsil Fondu"nun direktoru: Hüseyn Hüseynov
"Masallı Təhsil Fondu"nun əməkdaşı: Rəmzi Şahverdiyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.