Almaniya kansleri Angela Merkel Avropa Birliyi sammitində Rusiya ilə dialoq aparmaq çağırışı edib.
Azadmedia.az - ın məlumatına görə, kansler bildirib ki, fərqli fikirlərin olmasına baxmayaraq danışmaq və görüşmək gərəkdir.
“Mən bunu (fikir mübadiləsi – red.) Rusiya prezidenti ilə edirəm. Rusiya ilə bağlı müzakirələrdə də qeyd etdim ki, ittifaq olaraq müzakirə aparmalıyıq. Avropanın maraqlarını Rusiya prezidentinə ABŞ prezidentindən daha yaxşı təqdim edə bilərik”, - deyə Merkel bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.