Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yaydığı məlumata münasibət bildirib.
Azadmedia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 25 may 2021-ci il tarixində Ermənistan ilə dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmadığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.