AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə növbəti güclü yanğın - Video

  • + A
  • - A
  • 26-05-2021, 09:17


    Bərdədə güclü yanğın başlayıb.

    AzadMedia.az"Report"a istinadən xəbər verir ki, hadisə "Təzə Bazar" ərazisində qeydə alınıb.

    Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.


    Xatırladaq ki, mayın 23-də Bərdədə Koroğlu küçəsində güclü yanğın baş vermişdi.

    ***

    Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb.

    Məlumatda deyilir:

    "Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək".

    Video: Surxay Şahbazov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR