İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini icra edərək minaya düşən jurnalistlərin yaşadığı faciə hamını sarsıtsa da özü ilə bir sıra suallar doğurdu.
Ərazi media nümayəndələrinin səfərindən əvvəl minadan təmizlənsə də bu hadisə niyə baş verdi?
Ekspertlər bildirir ki, həmin ərazilərə minalar erməni diversantlar tərəfindən sonradan yerləşdirilib.
Elə bir neçə gün əvvəl Kəlbəcərdə erməni diversantlarının mina yerləşdirən zaman ordumuz tərəfindən qarşısının alınması da bunu sübut edir.