Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi “Minasız Qarabağa
Gedək!” adlı beynəlxalq kampaniyaya start verdiyini ölkə ictimaiyyətinə
bəyan etdi.
Millixəbər.az-ın məlumatına görə, mətbuat konfransında Birliyin icraçı direktoru Zamin Zeynal,idarə heyətinin üzvləri Məcid Məmmədov və Məhəmməd Məmmədov
iştirak edərək çıxış etdilər. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai
Birliyinin rəsmiləri bildirdilər ki, sosial aksiyanı həyata keçirməkdə əsas
məqsəd düşmənin bu cür addımlarını Beynəlxalq ictimaiyyətin nəzərinə
çatdırmaq, işğala məruz qoyduqları, vandal törədikləri torpaqlarımızda
qanunsuz mina yerləşdirdikləri ərazilərin xəritələrini ən qısa zamanda
Azərbaycana verilməsini tələb etməkdir.
Qurum rəsmiləri onu da qeyd etdilər ki, aksiya çərçivəsində Birləşmiş
Millətlər Təşkilatlarına, ATƏT-in Minsk qrupuna, siyasi təsisatlara və
digər Beynəlxalq təşkilatlara Azərbaycan ərazilərində baş verən bu mina
terrorlarına münasibət bildirmələrinə və Ermənistana Beynəlxalq
təzyiqin göstərilməsinə çağırışlar ediləcəkdir. Eyni zamanda Vətən
Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin könüllüləri tərəfindən
təbliğat xarakterli maarifləndirici flayerlərin və azyaşlı sosial media
istifadəçilərinin marağını cəlb etmək üçün üzərində “Minasız Qarabağa
Gedək!” şüarı yazılışmış şarların paylanılması nəzərdə tutulmuşdur.
Bu işlərlə paralel Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi
dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları
olan feysbuk, instaqram və tvitter üzərindən #MinasızQarabağaGedək
#LetsgotoKarabakhwithoutmines və #ПоехаливКарабахбезмин
həştəqləri ilə paylamışlar edərək sosial media istifadəçilərinin,
beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya
çəkməyə çalışır.
Təşkilat bir daha dünya ictimaiətini erməni terrorunu pisləməyə,
günahsız insanların ölmünə səbəb olan mina terrorlarının müəllifi
"erməni" dövlətinin qarşısını almaqda və mina xəritələrinin Azərbaycan
tərəfinə verilməsində bəşəri həmrəyliyə səsləyir!
Millixəbər.az: Nicat Abbas