AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gülüstan Sarayı yaxınlığında yanğın - Video+Yenilənib

  • + A
  • - A
  • 17-06-2021, 23:56

    Gülüstan Sarayı yaxınlığında yanğın - Video+Yenilənib

    Bu gün Bakıda axşam saatlarında yanğın baş verib.

    AzadMedia.az xəbər verir ki, hadisə Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində qeydə alınıb.

    Otlaq ərazidə baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

    ***

    Fövqəladə Hallar Nazirliyinin baş verən yanğınla bağlı məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

    Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR