AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mərkəzi Bankdan inflyasiya ilə bağlı - Açıqlama

  • + A
  • - A
  • 18-06-2021, 19:08


    İllik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalıb.

    Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

    Bildirilib ki, rəsmi statistikaya görə, mayda istehlak qiymətləri indeksi sabit qalıb, 12 aylıq inflyasiya 4.9% təşkil edib:

    “Ümumi inflyasiyanın başlıca ənənəvi mənbəyi olan ərzaq inflyasiyasına mövsümi faktorlar azaldıcı, dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi isə artırıcı təsir edir.

    Mövsümi amillər, əsasən, yerli meyvə-tərəvəz məhsullarının ucuzlaşması ilə müşayiət olunur. Mayda ərzaq qiymətləri orta hesabla 0.3% azalıb, illik ərzaq inflyasiyası 5.2% təşkil edib”.

    Qeyd olunub ki, qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri inflyasiya idxalı və məcmu tələbin bərpası ilə yanaşı, daxili xərc amillərindən də təsirlənir:

    “İllik əsasda may ayında qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4.4%, xidmətlər üzrə isə 4.8% yüksəlib. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artıb.

    Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin, mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil edib”.

    Məlumata görə, faktiki inflyasiyanın inersiyası inflyasiya gözləntilərində də özünü göstərir:

    “Real sektor üzrə monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşıb. İnflyasiya gözləntiləri may ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalmış, tikinti sektorunda isə artıb.

    İyun ayında yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaq. İyun, iyul və avqust aylarında mövsümi amillərin inflyasiyaya azaldıcı təsirlərinin davam edəcəyi gözlənilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR