AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samirə məşhur mükafat gecəsi üçün Yunanıstana getdi - Video

  • + A
  • - A
  • 23-06-2021, 19:01

    Azadmedia.az-ın məlumatına görə, Azərbaycanı “Mata Hari” mahnısı ilə “Avroviziya”da təmsil edən Samirə Əfəndi Yunanıstandadır.

    Belə ki, sənətçi bir neçə gün bundan əvvəl Afina şəhərinə yollanıb. Buna səbəb ifaçının nüfuzlu “Mad Video Music Awards -2021” mərasimində səhnə almasıdır.

    Mad TV tərəfindən təşkil olunan gecəyə hər il “Avroviziya”da yer alan müğənnilər dəvət olunur. Bu il yunanların seçimi Əfəndi olub.

    O, səhnədə populyar yunan ifaçı Jozefina ilə yarı yunan, yarı ingilis dilində “Mata Hari” mahnısını səsləndirəcək. Onun libasını isə məşhur yunan dizayner Selena Kritariti hazırlayıb.

    Samirə mükafat gecəsindən əvvəl Open TV-də yayımlanan “Xoşbəxt” adlı səhər şousunda çıxış edib. Müğənni Yunanıstana ilk dəfə getdiyini və bu səfərin sonuncu olmayacağına ümid etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR