Lavrov Qrandi ilə görüşəcək: Qarabağ müzakirəsi..
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT-nin qaçqınların işləri üzrə Baş komissarı Filippo Qrandi ilə görüşəcək. İyunun 28-də baş tutacaq görüşdə qaçqın və məcburi köçkünlərin Qarabağa qayıtması prosesinə qoşulması məsələsi müzakirə olunacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
F.Qrandinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq görüşdə, həmçinin pandemiya dövründə qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaşlığı olmayan şəxslərin müdafiəsi məsələləri diqqət mərkəzində olacaq.