AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda erməni feyklərinin ifşası üçün layihə başlanıldı - VİDEO

  • + A
  • - A
  • 28-06-2021, 16:12



    Azərbaycanda Ermənistanın yaratdığı tarixi xarakterli feykləri ifşa etmək və fəsadlarını nümayiş etdirmək üçün layihə başladılıb.

    “İnterfaks-Azərbaycan”ın məlumatına görə, layihə “Vmedia” “Youtube” kanalı tərəfindən həyata keçirilir.

    “Ermənistanda feyk yaratmaq dövlət siyasəti səviyyəsinə yüksəlib və Qafqazda artıq 100 ildən çoxdur ki, qanlı müharibələrin alovlanmasının əsas səbəbidir. Belə bir layihəyə tələbat, ilk növbədə, ölkənin siyasi elitasının öz yalanlarında necə dolaşdığını görən Ermənistan cəmiyyətində mövcuddur. Ermənistanda baş verənlərin səbəbi məhz “çox əzablardan keçən, təqib olunan azlıq” obrazı yaratmaq üçün istifadə olunan feyklər, miflərin uydurulması, müxtəlif saxtalaşdırmalardır. Bununla da əhaliyə özgə torpaqlarını özlərinin “qədim” torpaqları elan etmək kampaniyasının uğurlu ola biləcəyi təlqin olunur”, - deyə layihə müəllifləri bildirir.

    Layihə müəllifləri həmçinin irəli sürdükləri faktları təkzib edə biləcək hər bir şəxsə bir milyard dollar verməyə hazır olduqlarını qeyd ediblər.

    Layihənin məqsədi bu meqa-feykləri istehlak edən erməni ictimaiyyətinə məlumat dəstəyi verməkdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR