AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda etirazlara səbəb olan layihə qəbul edildi

  • + A
  • - A
  • 22-06-2020, 17:36

    Ermənistanda etirazlara səbəb olan layihə qəbul edildi

    Ermənistan parlamenti konstitusiya dəyişiklikləri ilə bağlı layihəni birinci oxunuşda qəbul edib.

    Layihənin lehinə 89 deputat səs verib.

    Parlamentin iclasında yalnız “Mənim addımım” hakim fraksiyanın deputatları iştirak edib. Digər fraksiyalar “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan”dan olan deputatlar isə iştirakdan imtina ediblər.

    Qanun layihəsinə əsasən, konstitusiyanın 7-ci fəsli qüvvəyə minənədək Konstitusiya Məhkəməsinin üzvlərinin və ya hakimlərinin səlahiyyət müddətləri əgər onlar azı 12 ildən çox vəzifədə olublarsa, dayandırılacaq. Hakim və ya məhkəmə üzvü konstitusiyanın VII fəsli qüvvəyə minməzdən əvvəl 12 il müddətindən az vəzifədə olubsa, bu müddət bitənə qədər vəzifədə qalacaq.

    Xatırladaq ki, qanun təsdiqlənərsə, Konstitusiya Məhkəməsinin hazırkı hakimlərinin səlahiyyətləri dayandırılacaq. Bu layihə Ermənistanda böyük narazılıq yaradıb. Erməni siyasətçilər, hüquqşünaslar bunu konstitusiya çevrilişi adlandırıblar.

    Dəyişikliklərlə bağlı Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri də nəzərə alınmayıb./azvision.az/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR