AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırmızı Bazar istiqamətində yenidən yanğın olub

  • + A
  • - A
  • 2-07-2021, 22:00

    Qırmızı Bazar istiqamətində yenidən yanğın olub

    Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

    Azadmedia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğının söndürülməsi istiqamətində dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla Nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

    Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınaraq söndürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR