AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tacikistan Prezidenti iki ölkə liderinə zəng etdi

  • + A
  • - A
  • 5-07-2021, 21:00

    Tacikistan Prezidenti İmaməli Rəhman Özbəkistanın və Qazaxıstanın dövlət başçıları Şövkət Mirziyayevə və Qasım-Jomart Tokayevə telefonla zəng edərək Əfqanıstanla sərhəddə, şimal və şimal-şərq istiqamətində yaranan gərginliyi və qonşu ölkədəki hərbi-siyasi vəziyyəti müzakirə edib.

    Azadmedia.az xəbər verir ki, telefon danışığı zamanı İ.Rəhman Əfqanıstanın Tacikistan və Özbəkistanla sərhədində yaranan gərgin vəziyyət, Əfqanıstan hərbçilərinin son günlər Taliban terrorçularından canlarını qurtarıb Tacikistan ərazisinə pənah gətirmələri haqqında məlumat verib.

    Telefon danışıqları zamanı Taliban terror təşkilatı ilə mübarizədə səylərin əlaqələndirilməsi, regional təhlükəsizliyin və sərhədlərin möhkəmləndirilməsi, bu ölkələrin güc strukturları və təhlükəsizlik orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

    Qeyd edək ki, bundan öncə İ.Rəhmanla Rusiya Prezidenti Vladimir Putin arasında da telefon danışığı baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR