AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Əlillərinin Ali Məhkəməyə “info tur” u

  • + A
  • - A
  • 8-08-2021, 20:00


    Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Azərbaycan Respubilkasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə Qazilərin hüquqi maarifləndirilməsi yönümündə Ali Məhkəmədə info tur keçirildi.
    İnfo turda Ali Məhkəmənin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak edərək çıxış etdilər.
    İnfo turda çıxış edənlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə həyata keçirdikləri uğurlu fəaliyyətədən, hüquqi maarifləndirmənin əhəmiyyətindən söz açdılar.
    İnfoturla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Hüquqi Məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründənə sağlamlığını itirmiş Qazilərimizin hüquqi maarifləndirilməsini vacib hesab edərək Ali Məhkəmə rəhbərliyi ilə birlikdə 30 Qazinin hüquqi dinləməsini həyata keçiriblər.
    Məcid Məmmədov onu da qeyd etdi ki, bu cür hüquqi maarifləndirmə yönümündə info turu təşkil etməkdə əsas məqsəd qazilərimizi hüquqi cəhətdən məlumatlandırmaq və bu yöndə ictimai töhfələr verməkdir. Birliyimiz tərəfindən Şəhid ailələri və Qazilər, müharibə içtirakçıları ilə bağlı gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirlərimiz davam etdiriləcək.


    Hörmətlə,
    Nicat Abbas,
    Mətbuat xidmətinin əməkdaşı


    Ünvan: "Vətən Müharibəsi Əlillərinə Kömək" İB
    Sabunçu ray., Sülh 2/20

    Tel.: (+994 12) 428 64 05
    Mob.:(+994 50) 722 11 50







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR