AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britni Spirsin atası qızının qəyyumu olmaqdan imtina etdi

  • + A
  • - A
  • 14-08-2021, 15:33

    Amerikalı müğənni Britni Spirsin atası Ceyms Spirs qızı üzərində qəyyumluqdan imtina edib.
    Britni Spirsin atası qızının qəyyumu olmaqdan imtina etdi
    Bu barədə Azadmedia.az Qafqazinfo-ya istinadən xəbər verir.

    Onun məlumatına görə, Spirsin vəkili Los-Anceles (Kaliforniya ştatı) məhkəməsinə müvafiq bildiriş göndərib.

    Təqdim olunan vəsatətə görə, müğənninin atası Britni Spirsin vəkili Mettyu Rozenqartın tələb etdiyi kimi, ifaçının maliyyə məsələlərinə nəzarət hüququnu peşəkar auditora vermək üçün məhkəmə ilə əməkdaşlıq etməyə hazırdır.

    Daha əvvəl ABŞ-ın Los-Anceles şəhərində keçirilən məhkəmə iclasında çıxış edən B. Spirs üzərində 13 ilə yaxındır davam edən qəyyumluğun ləğv edilməsini xahiş etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR