AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə rayonunda dəhşətli qəza baş verdi - Bir ailənin üzvləri həlak oldu

  • + A
  • - A
  • 14-08-2021, 16:40

    Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Kürdəmirdə rayonunda dəhşətli qəza baş verdi - Bir ailənin üzvləri həlak oldu
    Azadmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

    Bakıdan Gəncə istiqamətində hərəkət edən “Mercedes” markalı minik maşını eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

    Qəza nəticəsində minik maşınında olan sürücü və sərnişinləri hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, minik maşınında olanlar bir ailənin üzvləridir. Onların Zərdab rayon sakinləri olduqları bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR