AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Folklorşünas Alim Qalib Sailov - “Bu gün dünyada Gənclik Nihilist bir durumdadır, bu, Gəncliyi məhz, fəlakətə doğru aparır” - Reportaj

  • + A
  • - A
  • 16-08-2021, 08:08


    Azadmedia.az - ın Redaktoru Ülkər Piriyevanın "Elm və Cəmiyyət" layihəsinin ilk qonağı Folklorşünas alim Qalib Sailovdur.

    Azadmedia.az-a xoş gəldiniz!

    Özünüzü oxuyucularımıza təqdim edərdiniz.

    Çox təşəkkür edirəm dəvətə görə, çox sağ olun. Dəvətinizi yüksək dəyərləndirirəm.


    Özüm AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisiyəm. Türk Dünyası Bilimlər Akademiyası – TDBA-nın İdarə heyətinin başqanıyam.

    [/center]Əli Arslan Durmuş adlı dostumuz onun əvvəlki rəhbəri idi və biz bu akademiyanı birlikdə qurmuşduq. Onun vəfatından sonra idarə heyətinin sədrliyi mənə verildi. Bizdə üç təmsilçi başqan fəaliyyət göstərir, təbii ki, ayrı-ayrı ölkələrdə.

    Bunlardan biri Qazaxıstan Bayşa Universitetinin rektoru. Bekajan Axanoviç, mən və qardaş Türkiyədən digər dostlarımızla TDEA-nın fəaliyyətini birgə davam etdiririk.

    İxtisasca jurnalist və hüquqşünasam. 20 ildir elmi fəaliyyətlə məşğulam.

    Acı həyat təcrübələriniz sizə nəyi öyrətdi?

    Ümumiyyətlə, həyat acı və şirinlərdən ibarətdir. Acılarımız bizə həyatın çətinliklərinə dözməyi öyrətdi, bir çox ibrətli yollardan keçdik və bu yollardan keçərkən gələcək hədəflərimizi müəyyənləşdirmək üçün bəzi yanlışlar, bəzi atdığımız səhv addımlar müəyyən mənada doğruya istiqamətləndirdi bizi.

    Qalib Sailovu 3 cümləylə təsvir etsəniz necə ifadə edərdiniz?..

    Bir cümlə ilə - ALLAHIN QULU.

    Möhtəşəm ifadə.

    Türk dünyası sevdalısısınız. Bu gün dünyanın gedişatı və yol xəritəsi göstərir ki, hər şey türkün xeyrinədir. Elə bizim Vətən müharibəmizdə Qarabağ toraqlarını cənab Ali Baş Komandanın rəhbərliyində Müzəffər ordumuzla işğaldan azad etməyimiz və Şanlı Zəfərimiz, qardaş Türkiyənin 83 milyonluq xalqı ilə, cənab Erdoğanın rəhbərliyində bizə olan mənəvi və siyasi dəstəyi, qardaş Türkiyənin müsəlman dünyasının yanında olması, türk bacı qardaşlara olan dəstəyi və.s. bu gerçəkləri bütün dünya heyrətlə izləyir.

    Maraqlıdır, Türk dünyasının gələcək gedişatı barədə nə düşünürsünüz?

    Birmənalı olaraq, GƏLƏCƏK haqqı sevənin və xilas yolu ilə gedənin yanında olacaq. Bugünki Türk dünyasını xarakterizə etməyimiz üçün tarixə bir qədər ekskursiya etməyimiz gərəklidir. Bildiyimiz kimi, tarixi vərəqlədikcə görürük ki,
    Türklər hara gedibsə, harda olubsa orda bir əmin-əmanlıq, orda bir ədalət bərpa edib.
    Çünki bütün tarix boyu başqa millətlər bir-biri ilə müəyyən maddiyat, müəyyən ərazilər uğrunda savaşıblar.
    Məsələn türklər də müəyyən ərazidən başqa bir əraziyə gəliblər. Lakin onlar gəldikləri yerdə - Bir Türk kültürü, mədəniyyəti, Bir türk əxlaqı abidə olaraq qoyublar. O abidə, bütün dünyada möhtəşəmliyi ilə seçilir. “Türk mədəniyyəti abidəsi” və bu mədəniyyət böyük bir mədəniyyətidir. Hətta Tükiyənin ərazisində cənub bölgəsinə getdiyinizdə, orada görürsünüz ki, beş mədəniyyəti eyni dərəcədə müşayiət edən mədəniyyət toplusu var. Beş epoxa orada mövcud olmuşdur və Allah bunu Türklərə qismət etmişdir.

    Çünki bir gözəlin, bir yaxşının qədrini bilənə Allah onu nəsib edir. Türklərdə də görünür ki, dünyanı qorumaq imici var. Allahın bir yolunu qorumaq ideası var və bu da onun kökündən irəli gəlir. Bugün də, Türk dünyasının Qarabağ müharibəsində, Suriyada, Liviyada, ümumiyyətlə dünyanın hər yerində türkün məzlumların yanında olması, onu bir daha sübut edir ki, türk milləti öz əxlaqı kökündən qopmamışdır. Bugün də bizim əsas amalımız, məqsədimiz heç bir imperiya olmadan əzilmiş xalqlarımızı, parçalanmış millətlərimizi bir-birinə birləşdirməkdir.

    Mən bir faktı sizə qeyd edim ki, Kalaşnikovun bir müsahibəsini ötən günlərdə oxudum. O qeyd edib ki, biz Pribaltikada öz soydaşlarımıza yardımlar edirik, eyni zamanda, Türkiyənin və türklərin də bir amalı var ki, Qafqazlarda, Orta Asiyada öz millətlərinin özünün soydaşlarına yardımlar etsinlər. Amma unutmasınlar ki, o bölgələr bizim maraq dairəmizdədir. Baxın, bu sırf İMPERİALİST VƏ İŞĞALÇI bir mövqedir.

    Ancaq Türklərin elə bir mövqeyi yoxdur.. Siz bilirsiniz ki, Türküstandan başlayan Türkiyə Balkanlara qədər böyük bir dövlət oldu. Özü də tarixdə bir neçə böyük dövlətləri müşayiət etdilər. Mütərəqqi dövlətlər daha doğrusu. Elə bugün də, Türkiyə kimi böyük dövlətin başına böyük bir şəxsiyyət gəldi. Yüz illərdir parçalanmış ideologiya, inancları didim-didim çeynənmiş türkləri, türk dünyasını bir araya gətirmək ideası amalı uğrunda davam edir, gedişat. Təəssüf ki müəyyən çərçivələrdə biz yolu sapmışdıq. Öz günahımızdan, başqasının günahından .. Biz işğallara məruz qaldıq. Bizim aramızda siz bilirsiniz ki, keçən XX əsrin əvvələrində ermənilər Osmanlı ərazisindən, İran ərazisindən, cənubdan, cənub-şərqdən indiki Ermənistan ərazisinə köçürüldü.

    Dabağyan deyə öz tarixçiləri var ermənilərin. Onun “Erməni Tərcihi” deyə bir əsəri var və özü etiraf edir ki öz əsərində - “Erməni Soyqırımı deyə bir şey yoxdur, ermənilər ruslar tərəfindən Qafqaza köçürüldükdən sonra onların inancları da öz əllərindən alındı və ruslar onlara özləri inanc kitabı tərtib edib verdilər.” Bu ETİRAFLAR məhz, Dabağyanın öz əsərində, öz dilindən verilib. Hətta iki üç il öncə də bir hadisədə rus əsgəri öldürüləndə, provaslav kilsəsinin rəhbəri alçaldıcı mənada bəyanat vermişdi. O bəyanatda ermənilərə - “Siz kimsiniz, sizin hətta inancınızı belə biz sizə vermişik”, deyə bildirmişdi. Dabağyan da hətta öz xalqını yəni erməniləri məzlum, kimliyi olmayan, soysuz bir millət olaraq ifadə edir.

    Türk dünyasına mesajınız nə olardı?
    Türk dünyasına mesajım - Birlik və Bərabərlik! Bunu nəyinki düşüncədə, əməldə realizə etmək gərəkdir. Bilirsiniz ki, tarixdə resepsiya da var, assimilyasiya da var. Bizlər bu resepsiya və assimilyasiya məsələrini davam etdirməliyik. Bu gün o Türk dünyasının hələki, görünən o birliyi daha möhkəm bir vəziyyətə gətirilməlidir. Bunun üçün hər bir insanımızın şüurunda, kimliyimizi, bizim hardan gəlib hara gedəcəyimizi, yəni yol xəritəmizi – dilimizi, dinimizi, inancımızı bütün övladlarımıza aşılamağımız vacibdir!

    İki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında “Şuşa Bəyanatı” imzalandı. Bu bəyanat mədəni, iqtisadi, siyasi, hərbi sahədə hər iki ölkə əlaqələrini daha da möhkəmləndirəcəkdir. Buna inamımız sonsuzdur.
    Bu bəyanat barədə sizin elm adamı olaraq fikirləriniz?

    Bilirsiz, biz iki yüz əlli ildən çox müddət ərzində başqa bir millətlər tərəfindən istismar olunan bir millət olmuşuq. Bu gün Türkiyənin özünü də hər tərəfdən müdaxilələrlə başını qatmaq istəyirlər ki, Türk Dünyası inkişaf etməsin. Çünki Türk dünyası inkişaf edərsə, elə bu özü dünyanın yarısı deməkdir. Əgər Türkiyə Turan deyə böyük bir dövləti qurarsa bu tarixi uğurdur, yəni heç olmasa konfederativ dövlət olaraq. Necə ki, Amerikada ştatlar, Rusiyada subyeklər var, bu da bir Türk bayrağı altında Konfedarativ Türk dövlətləri birliyi – Müstəqil Türk dövlətləri birliyi qurmaq və bu idayanı inkişaf etdirmək gərəkdir.

    Siz Şuşa Bəyanatını qeyd etdiniz – hər iki ölkənin hədəf və məqsədi bəllidir. Azərbaycan dövlətinə məxsus olan torpaqları erməni işğalçılarından təmizləmək. Düzdür, burada müəyyən nüanslar var, burada İran və Rusiya faktoru var. Yəni bu iki faktor problemlərin tez həll olunmasına izn verməzlər, bunların ürəyincə deyil. Yəni imperialist dövlətlərdə qonşu qonşusunun güclü olmasını istəmir. Lakin təssüflər olsun ki, bəzi qonşularımız hər zaman bizi tamamilə miskin, kasıb bir vəziyyətdə görmək istəyiblər. Lakin Allah hiylələri pozandır.

    Elə cənab Erdoğanın ifadəsində də bu yer alıb. Yəni Allahın öz təqdiri var. Əgər biz özümüz özümüzə ədalətli olarıqsa, təbii ki, bizim işlərimiz də rəvan olacaqdır.

    Qeyd edim ki, Şuşa Bəyannaməsi də öz maddələri ilə tam mənada həyata keçiriləcəkdir. Təbii ki bu, hər iki qardaş ölkə tərəfindən kəskin şəkildə qoyulmuş bir məsələdir. Yəni bir daha Azərbaycan torpaqlarına heç bir işğalçı niyyət olmayacaq. Olarsa, həmin an Türkiyə birbaşa müdaxilə edəcəkdir. Bu da, bizim bir daha qardaşlığımızın və “Bir millət iki dövlət” olmağımızın bariz nümunəsidir. Hətta hörmətli Nazarbayev bu ifadəni belə söyləmişdi – “Bir millət, altı dövlət” yaratdıq biz.
    Bir ara rus mətbuatında da bu ifadəni oynatdılar.
    Altı dövlətin içində də, ümumiyyətlə Türk dünyasına inteqrasiya etmək, öyrənmək gərəklidir, çünki insanın bilmədiyi şey ona düşməndir.

    Mən özümdən qeyd edim, mən şəxsən qazaxların bu qədər millətçi cana yaxın olduqlarını bilmirdim, lakin o ölkəyə səfərlərim zamanı onları daha yaxşı, daha yaxından tanıdım. Özüm də, Qazaxıstanın “Fəxri Professoru”yam və məni də Qazaxıstanın bir neçə Fəxri mükafatlarına layiq görüblər.

    Qısacası, Türk dünyasını daha yaxından tanıdıqca onun sonsuz, necə möhtəşəm dəyərlərinin olduğunun canlı şahidi olursan.

    Müəllifi olduğunuz kitablarınızın sayı?

    Sizin üçün xatirəsi əziz və xoş olan kitablarınızın bir neçəsinin ismini bağışlayardınız..
    30 – dan çox kitab müəllifiyəm. Özüm artıq 7-8 ildir ki, İslam təmaülünə yönlənmişəm, hətta mənim Doktorluq müdafiəm də İslam və Folklor, yəni Azərbaycan folklorunda İslam kanalları deyə bir mövzudur. Əvvəl yazdıqlarım – Təsəvvüf mədəniyyətinə, Aşıq mədəniyyətinə aid olub, o cümlədən, “Azərbaycan folkloru və etnoqrafiyası Rus missionerlərinin gözü ilə” adlı kitabım.

    Eyni zamanda Azərbaycanın böyük mütəfəkkirlərindən olan Mirzə Bilal, ancaq onu aşıq kimi təqdim ediblər repressiya dövründə. Şamaxıda vaxtilə “Allahsızlar Cəmiyyəti” qurmuşdular. Mirzə Bilal məhz o cəmiyyətin toplantılarını dağıdan şəxs olub. “Mirzə Bilal” adlı kitabım mənim üçün doğma kitabdır. Mirzə Bilal bizim mədəniyyətmizin göz dağlarındandır.

    Bir gün bir dərvişdən soruşdular ki, ən çətin şey nədir?
    Dedi ki, sözdür. Həm anlaması çətindir, həm anlatması.


    Bəli, söz var əydirər başı, Söz var kəsər savaşı.

    Eləcə də, Mirzə Bilal həm sözüylə, həm də sözünün kəsəriylə qurban gedən mütəfəkkirlərimizdəndir.
    Azərbaycan etnokulturalogiyasına aid bir çox kitablarım var. Monoqrafiyalarım, dərsliklərim var. Eyni zamanda, müasir Azərbaycan şairləri haqqında.. Bu səpkidə kitablarım var..

    Cənab Prezidentimiz son çıxışlarından birində - “Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var.” “Mən demirəm ora top tüfənglə qayıdacağıq, lakin bir gün oraya qayıdacağıq”, - dedi.

    Bir elm adamı olaraq bu fikrə münasibətiniz?

    Bəli, hamımız cənab Prezidentin çıxışını bəyəndik. Doğrudan da, “Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var və olacaqda İnşaallah.”
    Çünki bu məlum məsələdir ki, bu gün Ermənistan deyilən dövlət Azərbaycan torpaqları üzərində qurulub. Biz bəyan edirik ki, “Biz müharibə tərəfdarı deyilik”. Biz Qarabağ məsələsində 28 il diplomatik səviyyədə sülh konteksində hər bir problemi həll etmək istədik. Yəni qansız, qadasız və müharibəsiz həll etmək istədik. Lakin təəssüflər olsunki, ermənilər və onların havadarları bunu anlamaq istəmədilər. Nəticə etibarilə, layiqli cavabı - “Dəmir Yumruğ”u gördülər.

    Əlbəttə, biz öz torpaqlarımıza gedəcəyik, Əvvəlcə xəyali olaraq-öz şüurumuzda, düşüncəmizdə gedəcəyik. Öz idealarımızı bəyan edəcəyik.
    Bu gün erməni və rus politoloqları, ümumiyyətlə onlar da öz xilas yollarını, nicat yollarını məhz, Türk dünyasına inteqrasiyada görürlər. Yəni, biz də inşaallah bir gün - qansız, qadasız, bir gün İrəvanın mərkəzində tüccar ticarətini quracaq, alim də elm dərgahını quracaq. Çünki, bizim haqqımızdır və haqqımızı kimsəyə yedirməyəcəyik.

    Bəli, necə ki, bu gün bunu doğma Qarabağımızda həyata keçirdirik.
    Hər şey inamdan keçir..

    Türk dünyasına ürəyinizi qoyan bir insan olaraq, sizə bir sualım var –

    “ Son Kürşad” dedikləri bir qəhrəman var, nə düşünürsünüz?

    “Türk dünyasında bir Kürşad əfsanəsi də vardır. Öləcəyini bilə-bilə 40 sərkərdəsi ilə Çin sarayını basan qəhrəman, Türk Milləti müstəqilliyinə qovuşsun deyə öz mərd haqq yolundan dönməyən qəhrəman.
    Qardaş Türkiyədə də, bu son Darbe girişimində - “Əsrimizin Son Kürşadı” olaraq yad edilən “Ömer Halisdemir” var. Məhz, Darbe Girişiminin yönünü dəyişdirən qəhrəman.


    Bildiyimiz kimi, siz də Darbe günü oradaydınız. Bu mövzu ilə bağlı nələri söyləyə bilərsiniz? O günü keçirdiyiniz hisslər?
    Əslində, o gün getsin və bir daha gəlməsin. Oğlum Sakarya Universitetində oxuyurdu. Həmin gecə oğlum telefon açdı və dedi - “Ata hər şey bitdi.”
    Dedim – Bitməz inşaallah. Əgər salalar gəlirsə, Azan səsləri hələ də gəlirsə, deməli bitməz İnşaallah. Çünki Haqq öz dərgahını açmışsa bu millətə, demək bitməyəcək. Türk milləti ədalətli bir millətdir. Bu gün Türkiyə cəmiyyəti özü öz daxilində olan möhtəşəmliyi görə bilmir. Görsə də, olduqca az miqdarda. Çox təəssüflər olsun ki, yaxın illərdə bütün hadisələri unutmuşdular.

    Siz Kürşad əfsanəsindən danışdınız. Ümumiyyətlə Türk dünyasında bütün dastansı qəhrəmanlar öz ömrünü şəhadətə həsr ediblər. Millətinin azadlığı, müstəqilliyi üçün. Bekası üçün. Həmin günü öz oğluma da tövsüyyəm bu oldu – dedim – Oğlum olduğun yerdə dur! Sən düz yerdəsən! Çünki onlar darbeyə qarşı gedirdilər tələbələr ilə, həmin günü.

    Bilirsiniz, Peyqəmbər (s.ə.s) in bir hədisi var – Ağın qaradan və ya qaranın ağdan heç bir üstünlüyü yoxdur.
    Yəni, millətlərin bir-birindən üstünlüyü yoxdur. Onlar yalnız təqvasında, yəni Allaha müttəqi olmasında bir-birindən seçilə bilərlər, üstün ola bilərlər, insan da, millət də.
    Türk milləti də eləcə, Təqvasına görə üstündür.

    Cənab Erdoğan da deyir, “Kula kul olma sakın, Allaha kul ol!”
    Tarix hər şeyi göstərdi, kimlər ki, bütə və ya başqa bir şeyə sitayiş etdilərsə, onlar yer üzündən silinib getdilər.

    Mən deyərdim ki, nə qədər ki, bu millət Allahı başının üzərində görəcək, Allahın ona əmr etdiyini edəcək, eləcə də, möhtəşəm olacaq!..

    Kürşad xəyali qəhrəmandır, bəzən mifə aparıb söykəyirlər.

    Yəni Kürşadlar, Ömərlər, Polad Həşimovlar, Mübarizlər bir deyil. Bəli, onlar gerçəkdə göstərdilər ki, Türk qəhrəmanları heç də mifik deyil. Hamısı gerçək ideal uğrunda, bayraq uğrunda, torpaq, vətən uğrunda mübarizə aparıblar.

    Bu gün dünyanın əsas meyarı İslamdır, bilirsiniz.

    Mən, İslamçılar arasında da bir təfliqə, cəhalət görürüəm.

    Yəni yalnız filankəsləri oxudun yetərlidir, deyə. Əslində isə bu belə deyil. Bütün dövləti qorumaq üçün bütün kültürləri, tarixləri öyrənmək lazımdır. Ələxsus da, sizə düşmən olan millətlərin tarixlərini. Məsələn, öz tariximizi bizə düzgün öyrətmədilər, bugün mən bir çox xarici səfərlərimdə konfranslarda iştirak edərkən, həmsöhbət olduğumda şahidi oluram ki, ruslar bizim tarixi bizdən yaxşı bilirlər. Ermənilər də bizim tarixi bizdən yaxşı bilirlər. Onlar bizə türk deyəndə, biz deyirik azərbaycanlıyıq. İndi məlum olur ki, Azərbaycanlı adında bir millət yoxdur bu coğrafiyadır, bu dövlətin adıdır.
    Doğrudan da biz Türkük!

    Fikrimcə, Vətən müharibəmiz dövründə məhz, Qarabağı işğaldan qurtardığımız və Zəfər qazandığımız günlərdə Azərbaycan gənclərinin qanındakı Vətənpərvərlik hissi daha da çağladı..
    Azadmedia.az xəbər portalımız vasitəsilə Bugünki Azərbaycan Gəncliyinə mesajınız nə olardı?

    Qeyd edim ki, çox ağrılı bir problemə toxundunuz. Bilirsiniz, Milli kimliyimizi bizə unutdurmuşdular. Burdan başlayaq – məsələn o vaxtlar, Türkiyəni bir kapitalist burjua dövləti olaraq, mədəniyyətdə nəsibini olmayan bir toplum olaraq göstərir sanki gözümüzdə bir düşman obrazı yaradırdılar. Ancaq dünya sərhədləri açıldı, nəhayət, biz kimin kim oduğunu və özümüzün kim olduğumuzu görüb anladıq. Bu gün dünyada Allahın qoyduğu bir nizam- Xeyir və Şər, Haqq və Batil var. Haqq uğrunda mübarizə aparanlara həmişə batillər mane olublar.


    Haqqı unudub nahaqqa gedəndə də, haqq həmişə nahaqqı, nəfsi üstələyib. Belə bir şey var - “Dünyanı aqillər bir bal bardağına bənzədir, insanı da qarışqaya”. Qarışqa gəlib o bal bardağından öz cüssəsinə görə, bir damla öz nəsibini alıb gedərsə, o iş gözəl olar. Lakin qarışqa nəfsini üstün tutarsa, o balın şirinliyi onu özünə çəkərsə, bal bardağına girər və həlak olar!”..

    “Dünya bir bal bardağıdır, Biz də, o Qarışqa timsalı”

    Eləcə də, biz öz nəfsimizə aldandıqca, o bizi həlaka doğru aparır. Bu gün dünya bir barometr qurdurur. Neçə illər boyu bizim milli ruhumuzu öldürməklə məşğul idilər. I Qarabağ savaşında təmərküzləşməmiş dövlət, pərakəndə döyüşlər.. Burda bir ruh düşkünlüyü, milli pessimizm yaratdılar. Təkcə lokal, fərdi, şəxsi deyil.. Ancaq bu millət Polad Həşimov timsalında qəhrəmanlarımızın şəhadətiylə birdən-birə dirçəldi.
    İndi bütün dünyada eksperimentlər aparırlar, müəyyən analizlər, təhlillər aparırlar. Bu gün dünyada GƏNCLİK nihilist bir durumdadır. Məsələn biz yaşda insanlar daha fəalıq, nəyinki gənc nəsil.

    Bəli, İlber Ortaylının ifadə etdiyi kimi – Bu gün gənc nəslin bildiyi texniki biliklıri indi yaşlı nəsil bilmiş olsaydı, indi dünya cənnətə çevrilərdi.



    Elədir, indi gənclər təəssüflər olsun ki, virtual dünyada yaşayırlar.

    Real dünyanı yaşamamaq da, çox problemli məsələdir və bu gəncliyi məhz, fəlakətə doğru aparır.

    Elə ağac timsalı – Ağacın kökləri nə qədər dərinə gedərsə, o qədər pöhrələnir, o qədər sağlam, möhkəm olur.
    Bu gün dünya gördü ki, Azərbaycanda Vətənpərvərlik ruhu ölməmişdir.
    Bəs nəyə əl atdılar? – Bütün dünya bu vətənpərvərliyi öldürmək üçün bir bəlanı Azərbaycana sürüklədi. Bütün dünya narkotika fəlakətini yığdı Bakıya.

    Bir vaxt həmin prosesi Balkanalara gətirdilər. Bütün narko tacirlər o vaxt oraya toplandı.
    Bir gün Balkanlarda oldum, müşahidə elədim ki, insanların çoxu işləmir, insanlar axışır, ancaq çayxanalar, restoranlar doludur.
    Adriatik deyə bir türkoloq akademik dostum vardı. Ona sual etdim bu məsələni. Dedi ki, dünyanın narko tacirlərini bura yığıb məhv elədilər buranı.

    Yəni, baxın, bizdə də müharibə bitər-bitməz, Gənclərimizi məhv etməyə əl atdılar. Bu gün, Azadmedia.az vasitəsilə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və başqa məsul orqanlara müraciət edirəm. Buna müdaxilə edin. Bu böyük bir bəladır. Bu məhz, dünya patronlarının planladığı bir fəlakətdir. Buna qarşı hamımız bir nəfər kimi səfərbər olmalıyıq. Həbs olundu, yox! Edam cəzası gətirməlidirlər”

    Mən təklif edərdim ki, iki şeyə - Təcavüz və Narkotik ticarətinə edam hökmü gətirilsin!

    Bu proses olmalıdır. Yoxsa, bu problem həll olunmayacaq!
    Nə edirsənsə, öz millətini, öz kökünü düşünərək et..

    Bir gün bir Aqil bir Cahilə baxır, görür ki, cəmiyyətə çox ziyan verir və düşünür, sonra ona deyir ki, sən bu gün birinin xətrinə dəyirsənsə, hər dəfə evinizə gedərkən evinizin yaxınlığındakı palıd ağacının kötüyünə bir mismar vur. Zaman gələcək, sən öz səhvini başa düşəcəksən! O zaman da gedib çıxararsan. Bu cahil hər gün neçə adama qarşı və ya neçə səhv etdisə əgər, bir o qədər sayda palıd ağacının kötüyünə mismar vurdu. Zaman gəldi, bu cahil yaşlandı. Ağıllanma prosesi gəldi. Haqqa döndü. Hər gün o vurduğu mismarları kötükdən çıxarmağa başladı. Hər çıxardığında da, gördü ki, o mismarların yeri ağacda yara kimi qaldı.

    Eləcə də, bu gün cəmiyyətimizə zərərverən belə prosedurlar artıq yara halında qaldı.. Ona görə, o CƏMİYYƏTİ nizamlamaq gərəklidir.

    Bəli haqqa, özə qayıdış hər zaman gərəklidir! Mənəviyyatı dolu övladlar yetişdirməliyik..

    Haqlısınız, elə o məsələyə gəlirəm, İslam bir həyat tərzidir. Allahın Peyğəmbəri Allahın elmini gətirməklə bərabər, bizə sağlam, dürüst, əmin yaşamağı tövsüyyə edir..
    Hər uşağı ana bətnində tərbiə etmək gərəklidir.
    Bəs, nəyə görə deyilir, Cənnət Anaların ayaqları altındadır.
    Çünki cəmiyyəti quran Anadır!

    Cəmiyyəti artıran, yetişdirən anadır.
    Bir sözlə, biz ANANI - QADINI yetişdirməliyik!

    Ülkər PİRİYEVA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR