AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfqanıstanda baş verənlərdə digər müsəlman ölkələr üçün ciddi mesajlar var

  • + A
  • - A
  • 16-08-2021, 12:27

    Əfqanıstanda baş verənlərdə digər müsəlman ölkələr üçün ciddi mesajlar var

    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Əfqanıstanda baş verən son hadisələr bütövlükdə bölgəyə və bir sıra müsəlman ölkələrindəki ictimai-siyasi duruma təsirsiz ötüşməyəcək. Bu ölkədə baş verənlərdə digər müsəlman ölkələri üçün ciddi mesajlar var.
    Bu gün elə müsəlman ölkələri var ki, müstəqillik tarixinin 50, 100 və daha çox olmasına baxmayaraq hələ də nə dövlət, nə də ordu qura biliblər. Azərbaycan 30 ildə böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan ordusu işğal altında olan torpaqlarını düşməndən azad edib.
    Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil və güclü dövləti var. Bu müstəqilliyin qədir-qiymətini bilməli, onu göz bəbəyimiz kimi qorumalıyıq. Müstəqil dövlət qurmaq hər millətə, xalqa nəsib olmur. Bu gün dünyada 3000-4000 arası xalq var. Onlardan yalnız təxminən 200-ü dövlət qura bilib.
    Ötən əsrin əvvəllərində Şərqdə ilk xalq cümhuriyyətini qurduq. Ancaq bu cümhuriyyətin ömrü çox olmadı. Səbəblər isə müxtəlif idi. XX əsrin sonunda Tanrı bizə yenidən müstəqil dövlət qurmağı nəsib etdi. Müstəqilliyə yeni qədəm qoyan ölkə bu dəfə Ermənistanın işğalı ilə üz-üzə qaldı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə ictimai-siyasi sabitlik təmin olundu.
    Heç şübhəsiz ki, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində və güclənməsində Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Heydər Əliyev Azərbaycan xalqını bir çox bəla və müsibətlərdən xilas etdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
    Mükəmməl cəmiyyətlər yoxdur. Hər bir cəmiyyət, dövlət təkmilləşərək daha da güclənir və böyük inkişaf yolu keçir. Son illər Azərbaycan da müxtəlif sahələrdə böyük inkişaf yolu keçib, müstəqilliyini daha da möhkəmləndirməyə müvəffəq olub.
    Hazırda bölgədə də çox ciddi proseslər gedir. Proseslərin bir açıq görünən bir də görünməyən tərəfləri var. Bu gün hər birimiz dövlətimizin ətrafında sıx birləşməliyik. İndi hakimiyyət davası etməyin, şəxsi ambisiyalarla yaşamağın zamanı deyil.
    Azərbaycan tarixdə heç zaman bu qədər müstəqil və güclü olmamışdır. Qarşıda duran əsas vəzifə bu müstəqilliyi və qələbəni qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürməkidr.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR