AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Viləş kəndində Vətən müharibəsi Qəhrəmanları İntiqam Əsgərli və Nurlan Əsgərli qardaşlarının anısına memorial guşənin açılışı olub

  • + A
  • - A
  • 20-08-2021, 23:56


    Masallı rayonu Viləş kəndində Vətən müharibəsi Qəhrəmanları İntiqam Əsgərli və Nurlan Əsgərli qardaşlarının anısına memorial guşənin açılışı olub.
    Həmçinin Vətən müharibəsi Qəhrəmanı İntiqam Əsgərli doğum günü münasibətilə anılıb.

    Azadmedia.az xəbər verir ki, Masallı rayonu Viləş kəndində Vətən müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin doğum günü münasibətilə inşa olunmuş memorial guşənin açılışı olub.

    Belə ki, daha sonra Viləş kəndinin şəhidlərinin qəbirüstü abidələri ziyarət edilib. Həmçinin şəhid Nurlan Əsgərli və İntiqam Əsgəli qardaşlarının ailəsi ziyarət olunub.

    Qeyd edək ki, açılışda və ziyarətdə Milli Məclisin deputatları - Məşhur Məmmədovun köməkçiləri - Mirnizam Vahabov, Hacı Hekayet Nəzərov, Rəmzi Şahverdiyev, Anar İsgəndərovun köməkçiləri - Hacı Valeh Mikailov və Rauf Cəbiyev iştirak ediblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR