AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu II Qarabağ müharibəsi şəhidi doğum günündə yad edilib

  • + A
  • - A
  • 11-09-2021, 05:02



    Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi və rəhbərliyi ilə rəşadətli Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən, Masallı rayonu igid şəhid oğullarından biri olan Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun doğum günü qeyd olunub.



    Azadmedia.az-ın cənub bürosunun verdiyi xəbərə görə, 10sentyabr, II Qarabağ müharibəsi Şəhidi Niyaməddin Sultanzadənin dünyaya gəldiyi gündür.



    Belə ki, Şəhidin cənnətdə ilk doğum günü münasibəti ilə Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Mirnizam Vahabov, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev şəhidin ailəsi ilə görüşərək doğum günündə iştirak edənlərlə birgə şəhid Niyaməddinin xatirəsini yad edib, qəbrini ziyarət edərək ruhuna dualar oxuyublar.

    Şəhidlər ölməz, vətən bölünməz!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR