AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Köçəkli kəndinin şəhidi Baş gizir İntiqam Abbasovun mövludu günü qeyd edilib

  • + A
  • - A
  • 22-09-2021, 03:13



    21 Sentyabr Masallı rayon Köçəkli kəndinin şəhidi Baş gizir İntiqam Yavər oğlu Abbasovun Cənnətdəki ilk mövludu günü qeyd edilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonunun Köçəkli kəndində anadan olan Şəhid İntiqam Abbasov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, 2017-ci ildə baş gizir rütbəsinə layiq görülüb, Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın 7 kəndinin azad edilməsində şücaət göstərərkən şəhadətə yüksəlib və Masallı rayonunun Köçəkli kəndində dəfn olunub.

    Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

    Qeyd edək ki, Millətvəkili Məşhur Məmmədovun köməkçiləri Mirnizam Vahabov, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev Baş gizirin mövludu günü şəhidin ailə üzvləri ilə görüşüb, şəhid İntiqamın keçdiyi şərəfli döyüş yolu ilə bağlı ailə üzvlərinin söhbətlərini dinləyib, ruhuna dualar oxuyublar.

    Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR