“Tam bir il əvvəl qardaşlarımızla çiyin -çiyinə Zəfər yolunda.”
Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Səfirinin Mətbuat Müşaviri Hüseyin Altınalan Twitter səhifəsi üzərində yazıb.
Hüseyin Altınalan eyni zamanda, qeyd edib ki,
“27 sentyabr 2020-ci il Azərbaycanın şanlı tarixində daha bir səhifənin yazılmağa başladığı gündür. Bu münasibətlə, Qarabağın azad edilməsi uğrunda böyük bir qəhrəmanlıq dastanı yazarkən canlarını qurban verən şəhidlərimizi rəhmət və minnətdarlıqla anırıq, qazilərimizə şəfa diləyirik.”