Masallı rayonunda 27 sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası olub.
Azadmedia.az-ın cənüb bürosunun məlumatına görə, 27 sentyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İskəndərov və şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri iştirak ediblər.