AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı məzunları Prezident təqaüdünə layiq görülüb

  • + A
  • - A
  • 30-09-2021, 16:10



    Masallı məzunları Prezident təqaüdünə layiq görülüb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 sentyabr tarixli Sərəncamı ilə təltif olunanlar arasında, Masallı rayonunun ümumtəhsil məktəblərinin iki məzunu Nəzrin Elçin qızı Həmzalı və Kamran Teymur oğlu Mustafayevin də adları var.

    Qeyd edək ki, Nəzrin Elçin qızı Həmzalı IV ixtisas qrupu üzrə 678,7 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakultəsinə (müalicə işi), Kamran Teymur oğlu Mustafayev isə II ixtisas qrupu üzrə 670,7 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi fakultəsinə (İngilis dilində) daxil olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR