AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Telekommunikasiya Qovşağının əməkdaşı - "Sülh naminə danışıqların aparılması labüddür"

  • + A
  • - A
  • 2-10-2021, 20:45


    Sülh naminə danışıqların aparılması labüddür

    Sevil Əsgərova - Masallı Telekommunikasiya Qovşağının əməkdaşı

    Azərbaycan bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır oldub. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəzlik regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında müharibələrin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaq. Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hərzaman hazır olub.

    Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France 24” televiziya kanalına müsahibəsində Fransanın mövqeyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı.“Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu”.

    Fransa vasitəçi ölkə kimi, ATƏT-in mandatına sahibdirsə bitərəf olmalıdır. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik.

    Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazırdır. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Azərbaycanın mövqeyi aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizmə yol verilməməlidir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR