Şəhid Amid Yadulla oğlu Salayevin anım mərasimi keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 04 oktyabr 2021-ci il tarixdə Masallı rayon Sığdaş kənində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Amid Yadulla oğlu Salayevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Şəhid əsgər Amid Salayev 10 fevral 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur.
2019-cu ildə Sığdaş kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2020-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
Hərbi xidmətə Ağcəbədi rayonunda, «N» saylı hərbi hissədə başlamışdır. Amid fiziki hazırlığına, idman göstəricilərinə, istedadına, biliyinə və bacarığına görə hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirirdi..
Masallı rayonunun Sığdaş kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Amid Salayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhid 04 oktyabr 2020-ci il tarixdə Sığdaş kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!