AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada da məmur süründürməçiliyi: müavinətlər və əlillik verilmir - Faktlar

  • + A
  • - A
  • 5-01-2017, 14:40

    Qubada da məmur süründürməçiliyi: müavinətlər və əlillik verilmir - Faktlar




















    Quba sosial problemlər həllini tapmır. Rayonun Heydər Əliyev prospekti ev 182, mənzil 2 ünvanda yaşayan vətəndaş ağır durumdadır

    İnsult və dəri xərçəngi xəstəliklərindən əziyyət çəkən 61 yaşlı Səfərəliyev Məhərrəm Nüsrəddin oğlu əlillik status ala bilmir.

    O, əlilliyin müəyyən edilməsi üçün Rusiyanın İrkutsk vilayəti səhiyyəsinin dövlət büdcəli müəssisəsi “Şərəf Nişanı” ordenli vilayət klinik xəstəxanasının 03 dekabr 2014-cü il tarixli, №37057 nömrəli, stasionar xəstənin tibbi kartından çıxarışı - Epikrozu, Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin İrkutsk Dövlət Tibb Universitetinin Dermatologiya şöbəsi tərəfindən verilmiş stasionar xəstənin 11.09.2015-ci il tarixli, №1260 nömrəli tibbi kartından çıxarışı - Epikrozı Quba Rayon Mərkəzi Xəstəxanasının müvafiq komissiyasına təqdim edib.

    Lakin oradan Məhərrəm Səfərova “düzdür, tərcümə eləmisən, amma tibbi sənədlərin Rusiyanındır, köhnədir. Sən isə bizdə kompüterdə yoxsan. Buna görə də biz sənin sənədlərini qəbul edə bilmərik” cavabını veriblər.

    Politika.Az-a Qubanın Qələbə küçəsi, 8 nömrəli ünvanda yerləşən 0.025 ha, torpaq sahəsinin mülkiyyətçisi, I qrup əlil, fiziki cəhətdən hərəkət qabiliyyəti olmayan Məmmədova Ofeliya Məmmədəli qızı əlilliyə görə 140 manat pensiya alır.

    Aydın məsələdir ki, insan açıq torpaq sahəsində yox, torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşaya bilər. İstər fiziki, istərsə də maddi cəhətdən ev tikmək iqtidarında olmayan Ofeliya xanım hələ də evsizdir.

    O, yardım üçün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Quba Rayon İcra Hakimiyyətinin başçısına müraciətlər edib, amma müraciətləri hələ də müsbət nəticə verməyib.

    Dövlətin milyonlarının cüzi hissəsi gərəkdir ki, Ofeliya xanım üçün ev tikilsin. I qrup əlil Ofeliya xanım sosial şəraitinin yaxşılaşdırılması üçün dövlətin xalq qarşısında götürdüyü vəzifələr və dövlətin imkanları çərçivəsindədir dövlətimizdən humanistlik gözləyir.

    Politika.Az xəbər verir ki, ötən ilin aprel ayında Quba şəhər sakini Əkbərova Əfsanə Əliağa qızına ünvanlı dövlət sosial yardım təyin olunub.

    O, 2016-cı ilin noyabr ayına qədər qeyd olunan yardım alıb. Noyabr ayında ona yardım verilməsə də, dekabr ayının yardımı verilib. Hazırda Əfsanə Əkbərovanın adı heç bir səbəb göstərilmədən ünvanlı sosial yardım alanların siyahısından çıxarılıb.

    Məsələ ilə bağlı Ə. Əkbərova Quba rayon Sosial Müdafiə Mərkəzinə müraciət edib. Oradan Ə. Əkbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qaynar xəttinə zəng etmək məsləhət görülüb.

    ƏƏSMN-nin qaynar xətti müxtəlif operator danışıqlarına vaxt itirməklə Əfsanə xanımın 5 manat məbləğində konturunu 0-a endirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR