Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.
Həmçinin qeyd olunub ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.
***
20:06
“Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər”.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub: "Proses tam nəzarət altında idi".