AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA-nın təşəbbüsü ilə İngiltərənin "Lazarus Training" təşkilatı tərəfindən təşkil olunan təlim sonunda Jurnalistlərə Sertifikatlar təqdim edilib - Fotolar

  • + A
  • - A
  • 12-10-2021, 17:58


    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər artıq başa çatıb.

    Azadmedia.az xəbər verir ki, hər birində 20 nəfərin iştirak etdiyi jurnalistlərdən ibarət təlim qrupları öz işini yekunlaşdırıb və jurnalistlərə Sertifikatlar təqdim edilib.
    MEDİA-nın təşəbbüsü ilə İngiltərənin "Lazarus Training" təşkilatı tərəfindən təşkil olunan təlim sonunda Jurnalistlərə Sertifikatlar təqdim edilib - Fotolar
    Xatırladaq ki, təlim MEDİA-nın inzibati binasında keçirilib. Təlimə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Təlimdə Azadmedia.az-ın Redaktoru da iştirak edib. İngilis dilində təşkil olunan təlim Azərbaycan dilində sinxron tərcümə imkanı ilə beş gün davam edib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) jurnalistlər üçün təşkil olunan təlimin 1-ci, 2-ci və 3-cü günündə nəzəri biliklərlə bərabər praktiki məşqlər keçirilib.

    Nəzərinizə çatdıraq ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR