AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokuror - Azad edilən ərazilərə baxış keçirilib

  • + A
  • - A
  • 2-11-2021, 19:12

    Baş Prokuror - Azad edilən ərazilərə baxış keçirilib
    İşğaldan azad edilən ərazilərimizin hər yerinə bizim prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.

    Azadmedia.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

    “Texniki vasitələrlə, prokurorluq əməkdaşlarının birbaşa iştirakı ilə dağıdılmış evlər, tarixi abidələr, vurulmuş ekoloji cinayətlərə baxış keçirilib və sənədləşdirilib. Orada foto və videoçəkilişlər aparılıb. Bu, Azərbaycan tərəfinin Ermənistana və Ermənistanın hərbi siyasi rəhbərliyinə, konkret vəzifəli şəxslərinə qarşı irəli sürdüyü ittihamların əsasını təşkil edəcək. Hesab edirəm ki, həm də bunun başqa bir əhəmiyyəti – tarixi əhəmiyyəti var. Növbəti nəslin nümayəndəsi bütün bunlar haqqında bilməlidir və məlumatlı olmalıdır”, - K.Əliyev qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR