Nəsimi rayonu 14 №li tam orta məktəbdə Zəfər gününün ildönümü münasibətilə hazırladığı “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Mammedova açıq elan edərək sözü qonaqları salamlamaq üçün sözü məktəbin direktoru Rəfail Hüseynova verdi.
İkinci Qarabağ döyüşlərinə, şəhid Muxtar Qasımzadə və məktəbin 8”A” sinif şagirdi Musa Musazadənin dayısı Əliheydər Hüseynlidən bəhs edən videoçarxlar nümayiş etdirildi və şəhid valideynlərinə söz verildi.Tədbirdə “Şəhidlik manifesti” kitabının müəllifi yazıçı -jurnalist Nurəddin Ədiloğlu çıxış etdi və onun ssenarisi həmmüəllifi olduğu “Beşatılan” filmindən kadrlar göstərildi. 10 “D” sinif şagirdi Aişə Bilalzadənin ifasında Xəlil Rza Ulutürükün “Mən Azərbaycanlıyam”, 10 “B” sinif şagirdləri Nuray Məmmədrzayevanın ifasında Z.İlhamoğlunun “Şəhid atası”, Nəzrin Alışanlının ifasında “Nə gözlərdə təlaş, nə canda qorxu” şeirləri səsləndirildi.
157 №li məktəbin tarix müəllimi Ruslan Ağamalıyev, hərbi hazırlıq müəllimi Orxan Rəfiyev və 14 saylı məktəbin keçmiş məzunları Hüseynli Anar, İsmayılzadə Yusif , Əsgərli Ayaza döyüşlərdə iştirak etmiş qazi olaraq söz verildi.
Məktəbin musiqi müəllimi Xanım Zeynalovanın müşayiəti ilə xorun ifasında “Torpağın səsi”, 7 “C” sinif şagirdi Zəhra Əhədzadənin ifasında “Od nəfəsli, od ürəkli diyarımsan”, 8”C” sinif şagirdi Tarıverdi Tarıverdiyevin ifasında “Xudayar” təsnifi səsləndi.
Tədbir 3”Ç” sinif şagirdi Abdullazadə Duyğu və 5”E” sinif şagirdi Abdullayev Dənizin ifasında “Bayram” rəqsi ilə sona çatdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.