AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni təxribatçıların Laçında mühasirəyə alınma anı - Video

  • + A
  • - A
  • 10-11-2021, 21:58


    Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

    Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
    Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.

    Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb.

    Haqqın.az hadisənin yeni təfərrüatlarını öyrənib. Belə ki, qəsdən törədilmiş təxribatdan sonra Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandirinin müavini Aleksandr Qorin və Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığının nümayəndələri mühasirəyə alınan erməni hərbçilərin yanına gəliblər. Rusiyanın yüksək rütbəli hərbçiləri Ermənistanla sərhəddə yerləşən Laçın rayonuna erməni hərbçilərinin mühasirəni tərk etmələri üçün dəhliz yaratmaqdan ötrü gəliblər. Sərt soyuq havanı nəzərə alan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi yeni döyüş mövqelərində yerləşdirilən şəxsi heyəti lazımi təchizatla təmin edib, ancaq erməni hərbi qulluqçuları isə yeməksiz qalıb. Azərbaycan tərəfi humanist mövqedən çıxış edərək, mühasirədə olan erməni əsgərlərini su və çörəklə təmin edib... Rusiya tərəfinin müdaxiləsindən və xahişindən sonra Azərbaycan hərbi birləşmələri ilkin mövqelərinə qayıdan erməni əsgərləri üçün humanitar dəhliz açıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR