AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün ibtidai sinif şagirdləri evdə olacaq - Diqqət!

  • + A
  • - A
  • 19-11-2021, 08:22


    Bu gün ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində bir günlük payız tətili olacaq.

    6 günlük ümumi təhsil müəssisələrində isə bu gün və sabah ibtidai siniflər üzrə dərs olmayacaq.

    Bundan başqa, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

    Qeyd edək ki, tədris planına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunur.

    Xatırladaq ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunub.

    Məlumat üçün bildirək ki, pandemiya səbəbindən bu il ölkədə əyani tədris aşağı siniflərdə (I-IV) sentaybrın 22-də, yuxarı siniflərdə (V-XI) isə sentyabrın 29-da başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR