AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

General Həzi Aslanov Masallı rayonu Ağakişibəyli və Şərəfə kəndlərinin şəhidləri Nurlan Əbilov və Ramazan Vəliyevin məzarlarını ziyarət edib

  • + A
  • - A
  • 2-12-2021, 08:23


    GENERAL HƏZİ ASLANOV MASALLIDA ŞƏHİD MƏZARLARINI ZİYARƏT EDİB.

    Vətən müharibəsinin şəhidləri Ramazan Hilal oğlu Vəliyev Masallı rayonunun Şərəfə kəndində və Nurlan Fərrux oğlu Əbilov isə Ağakişibəyli kəndində dünyaya göz açmışdılar.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Ramazan Vəliyev Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında çavuş rütbəsində xidmət etmişdi. Nurlan Əbilov isə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdu. Hər iki qəhrəmanımız Vətən müharibəsində döyüş tapşırıqlarını icra edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldilər.

    Cəbhədə göstərdikləri igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ramazan Vəliyev və Nurlan Əbilov “Vətən uğrunda” və digər medallarla təltif edildilər.

    Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev hər iki şəhidin məzarını ziyarət edərək,məzarları önünə gül dəstələri düzmüş, valideynləri ilə görüşüblər.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin əməkdaşı tədbir keçirilən Ağakişibəyli və Şərəfə kəndindən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinin rəisi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyini, çağdaş tariximizə yeni qəhrəmanlıq səhifəsi yazdığını bildirib.

    Ramazan və Nurlan kimi igid oğulların döyüşlərdə böyük şücaət, fədakarlıq göstərdiklərini vurğulayan general onların canı, qanı hesabına düşmən üzərində tarixi qələbənin qazanıldığını, əziz xatirələrinin heç zaman unudulmayacağını söyləyib.

    Görüşdə hər iki şəhidin keçdiyi döyüş yolu barədə söhbət açılıb, parlaq xatirələri ehtiramla yad edilib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR