AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları "Anım Günü" ilə əlaqədar şəhid məzarlarını ziyarət ediblər - Foto

  • + A
  • - A
  • 27-09-2021, 19:44


    Masallı rayonunda mədəniyyət işçiləri şəhid məzarlarını ziyarət ediblər.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları 27 Sentyabr - Azərbaycanda "Anım Günü" ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

    Muzeyin direktoru Əntiqə Tağıyeva və əməkdaşları ilk olaraq rayonun Yeddioymaq kəndində şəhid vətən övladlarından - Əlimərdan Fəttah oğlu Quluzadənin, Qızılağac kəndində Əlisa Arif oğlu Əliyev və Cavad Gülverdi oğlu Babayevin, Viləş kəndində İntiqam Bayram oğlu Əsgərli və Balaqardaş Fərhad oğlu Vəliyevin, sonra isə Şərəfə kəndində Ramazan Hilal oğlu Vəliyev və Nurlan Fərrux oğlu Əbilovun məzarlarını ziyarət edib, mərhumların ruhuna dualar oxuyublar.

    Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.

    Allah şəhidlərimizə rəhmət eləsin!


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR