AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qələbənin əbədiləşdirilməsinə xidmət” - Masallı rayon Statistika idarəsinin rəis müavini

  • + A
  • - A
  • 11-12-2021, 11:35



    “Qələbənin əbədiləşdirilməsinə xidmət”

    Ülfət Məmmədov – Masallı rayon Statistika idarəsinin rəis müavini

    Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var idi. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Xalqımız məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti nəticəsində möhtəşəm Zəfər qazandı.

    ”Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürü kimi Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır.

    Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub, bu mükafatlarla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilər təltif edilib və bu proses davam edir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR