İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub.
Bu barədə işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.
Qeyd edilib ki, Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 2022-ci ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.