AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Elm fədaisi - Ziya Bünyadov!” adlı tədbir keçirilib

  • + A
  • - A
  • 23-12-2021, 08:51


    Elm fədaisi - Ziya Bünyadov!

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Mərkəzi Kitabxanasında Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Elm fədaisi - Ziya Bünyadov!” adlı tədbir keçirilib.

    Belə ki, tədbirdə çıxış edən Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni bildirib ki, Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. Onun atası Bibiheybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Ziya Bünyadov 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşı Əlihüseyn Şükürov xəbər verir ki, sonra kitabxana əməkdaşı Bilqeyis Məmmədova diqqətə çatdırıb ki, Ziya Bünyadov 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir.
    Ziya Bünyadov 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə İslam dininin müqəddəs kitabı olan Quranı Azərbaycan dilinə tərcümə etdiyinə görə Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. Akademik Ziya Bünyadov 1992-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir. Akademik 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR