AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı RTŞ-nin əməkdaşı - “Tanınmış diplomat, müzəffər Ali Baş Komandan”

  • + A
  • - A
  • 24-12-2021, 17:42



    Tanınmış diplomat, müzəffər Ali Baş Komandan

    Tofiq Əsgərov - Masallı RTŞ-nin əməkdaşı

    11 aprel 2018-ci il tarixində keçirilən Prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir.

    Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdi. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdi. Prezident İlham Əliyev növbəti dəfə xalqdan etimad mandatı aldı. Böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir.

    Çünki o, öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderdir.İlham Əliyev elə bir liderdir ki, sözü və əməli üst-üstə düşür. Azərbaycan xalqı cənab Prezidenti ona görə sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəyə malik bir dövlət başçısı olduğuna xalqımız bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə dövründə bir daha şahid oldu.

    Dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unikal təşəbbüslə - BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. 2020-ci ilin may ayında Cənab Prezidentin bu təşəbbüsü Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdır. Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun liderinin-Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunədir. Prezident İlham Əliyev xalqımızın qürur mənbəyinə çevrilmişdir.

    Cənab İlham Əliyev öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 18 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir.Məhz İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarix yazdı. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Müzəffər Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsidir. Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən Müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir.

    Bu tarixi qələbə şəhidlərimizin ruhunu şad etmişdir,Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır.

    Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gələcəyi parlaqdır. Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR