Nikol Paşinyan: “Rəsmi təklif yoxdur, lakin Əliyevlə görüşəcəyəm”

Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün hər hansı rəsmi təklif yoxdur, lakin təmaslar olacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda dekabrın 28-də MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü ilə bağlı açıqlamasında deyib.
Belə ki, Sammitdə iştirak edəcəyini qeyd edən Paşinyan bütün görüşlərin qeyri-formal xarakter daşıyacağını bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Peterburqda ənənəvi olaraq MDB-yə üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR