AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallının tarix və mədəniyyət abidələri” adlı kitabın təqdimatı keçirilib - FOTO

  • + A
  • - A
  • 28-12-2021, 11:36



    “Masallının tarix və mədəniyyət abidələri” adlı kitabın təqdimatı olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 27 dekabr 2021-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimyyətinin təşkilatçılığı ilə müəllifləri İldırım Şükürzadə və Zahir Əmənov olan “Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib.
    Tədbirdə, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Təhsil fondunun sədri Hacı Hekayət Nəzərov, Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Vahab Mirnizam, Rəmzi Şahverdiyev, QHT rəhbəri Arzu Bağırova və bir sıra rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Bu münasibətlə, keçirilən tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açaraq kitabın rayon üçün dəyərli olduğunu göstərmiş, rayon rəhbərinin kitabın müəlliflərinə və tədbir iştirakçılarına salamlarını çatdırıb.

    Jurnalist Zahir Əmənov, kitabın ərsəyə gəlməsində əməyi olan bütün yazarlara minnətdarlıq etmiş, məziyyətlərindən danışıb. O, göstərmişdir ki, belə tarixi kitabların yazılışı artıq ənənə şəklini almış və arzulayardıq ki, bu ənənələr davam etsin.

    Kitabın müəllifi İldırım Şükürzadə də kitabın kitabxanalar və məktəblilər üçün çox vacib olduğunu bildirib.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin əməkdaşları (Baş redaktoru Əlihüseyn Şükürov, Həsənağa Əliyev, Rəşad Fərəcov (fotoqraf) xəbər verirlər ki, “Regional Hüquq və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırova, Masallı Təhsil fondunun sədri, millət vəkili Məşhur Məmmədovun köməkçisi Hacı Hekayət Nəzərov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri-Boradigah qəsəbə tam orta məktəbin direktoru, şair Nurməmməd Ağa və Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı Ələşrəf Niftiyev və başqaları çıxış edərək kitabın Masallı rayonunun tarix və mədəniyyət abidələrinin öyrənilməsi və gələcək nəslə çatdırılması yolunda çox önəmli olduğunu vurğulayıblar.





    Qeyd edilib ki, kitabda rəsmən qeydə alınmış arxeoloji, memarlıq, memorial, monumental bağ-park və dekorativ tətbiqi sənət nümunələri ilə yanaşı, bu qəbildən olub, rəsmən abidə kimi qeydə alınmamış abidələr haqqında da məlumat verilir.

    Axırda kitab tədbir iştirakçılarına təqdim edilib.

    Kitab bu yaxınlarda Bakıda, “CBS-PP” nəşriyyatında 368 səhifədə, 300 tiraj, olduqca yüksək keyfiyyətlə, təbaşirli kağızda, müasir kitab nəşrinin son imkanlarından istifadə etməklə çox nəfis şəkildə çap olunub.

    Yeni kitabda, Masallının tarixi ilə bağlı hər şey – tarixi keçmişi, toponimləri, inzibati-ərazi bölgüsü, kurqanlar, qəbiristanlıqlar, qalalar, ziyarətgahlar, hamamlar, körpüləri bulaqlar və s. ümumiyyətlə, rayonun tarix və mədəniyyət abidələri ilə bağlı məlumat verilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR